9 avqust 2026. Bazar günü

Neftçi Sloveniyada ilk məşqinə çıxdı


Neftçi Sloveniyada ilk məşqinə çıxdı

"Neftçi" yeni mövsümün hazırlığını davam etdirir.

Corner.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən Sloveniyaya yollanaraq Kranyska Qora bölgəsində məskunlaşan komanda bu gün təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

“Ağ-qaralar”ın səhər məşqində əsasən fiziki və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq axşam məşqi ilə davam edəcək.

“Neftçi” toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Flaqman iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana), 29-da Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ ki müəyyənləşməyib.

Qeyd edək ki, “Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 7-si Tbilisidəki Boris Payçadze adına "Dinamo Arena"da olacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Cavab matçı isə iyulun 14-ü “Bakcell Arena”da baş tutacaq.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı