9 avqust 2026. Bazar günü

Konfrans Liqası yeni çağırışdır


Konfrans Liqası yeni çağırışdır

"Daha 2 il “Qarabağ”da qalacağam. Buna görə çox sevinirəm. Bu komanda mənim ailəmdir. Evdən çox komandamızın bazasında zaman keçirirəm. Burada hamı mənə doğmadır".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev klubun rəsmi saytına açıqlamasında deyib.

Ağdam təmsilçisi ilə yeni müqavilə imzalayan 27 yaşlı qolkiper 2021/2022 mövsümündə qarşıda duran vəzifələrdən də danışıb. Təcrübəli oyunçu hədəflərinin dəyişmədiyini bildirib: "Yeni mövsümdə çempionluq titulunu geri qaytarmaq, eləcə də çoxdandır əldə etmədiyimiz kuboku qazanmaq istəyirik. Avrokuboklara gəlincə, biz hər il qrup mərhələsinə vəsiqə qazanmaq üçün meydana çıxırıq".

Məhəmmədəliyevin sözlərinə görə, ilk dəfə keçiriləcək Konfrans Liqası komandası üçün yeni çağırışdır.: "Başlıca olaraq, ilk turda qələbə qazanmaq, mərhələ keçmək haqqında düşünürük. Sonrası barədə hər oyundan sonra danışarıq. Allahın köməyi ilə bu il hədəflərimizə çatacağımıza inanıram”.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı