5 may 2026. Çərşənbə axşamı

Neftçi'nin hücumçusu zədələnib


Neftçi'nin hücumçusu zədələnib

"Neftçi" klubunun futbolçusu Mirabdulla Abbasov sıradan çıxıb.

Corner.az-ın məlumatına görə, 26 yaşlı hücumçu Sloveniyadakı təlim-məşq toplanışında komandadan ayrı məşq edir.

Forvard hazırlıq prosesində ikitərəfli oyun zamanı yüngül xəsarət alıb və yerli "Olimpiya" (Lyublyana) klubu ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdə iştirak etməyib. Abbasovun bərpa prosesi uğurla davam etdirilir. Onun iyunun 25-də Macarıstan “Fehervar"ına qarşı ikinci yoxlama matçında meydanda olacağı gözlənilir.

Ölkə çempionunun Sloveniyadakı son rəqibi isə Rusiyanın "Spartak" (Moskva) klubu olacaq. Bu qarşılaşma iyunun 29-da keçiriləcək.

Xatırladaq ki, Mirabdulla Abbasovun "ağ-qaralar"la müqaviləsi 2023-cu ilin yayınadək uzadılıb.(report)







Misli Premyer liqa

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi