8 avqust 2026. Şənbə

Qəbələ'nin hazırlıq planı və rəqibləri bəlli oldu


Qəbələ'nin hazırlıq planı və rəqibləri bəlli oldu

"Qəbələ" komandasının təlim-məşq toplanışı üçün proqramı bəlli olub.

Corner.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev məlumat verib.

O bildirib ki, iyulun 1-də Qəbələdə toplaşacaq heyət iki həftədən sonra yoldaşlıq görüşləri üçün Bakıya gələcək. "Qırmızı-qaralar" iyulun 16-da "Zirə", 5 gün sonra isə "Səbail"lə üz-üzə gələcək.

Baxşıyev hazırlıq prosesini ölkə xaricində büdcəyə görə keçirə bilmədiklərini sözlərinə əlavə edib: "Hər şey maliyyə və büdcəyə bağlıdır. Biz də bundan kənara çıxa bilmirik. Çalışacağıq ki, hazırlığımızı ölkə daxilində keçək".

Mütəxəssis transfer çalışmalarının davam etdiyini də diqqətə çatdırıb. O, əcnəbi və yerli futbolçu transferi etmək istədiklərini deyib: "Vidalaşmadığımız bütün futbolçuları saxlamaq istəyirik. Amma hər şey büdcədən asılı olacaq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 15-də başlayacaq.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı