5 noyabr 2026. Cümə axşamı

Qarabağ Musa Qurbanlı ilə müqaviləni uzatdı


Qarabağ Musa Qurbanlı ilə müqaviləni uzatdı

“Qarabağ” klubu futbolçusu Musa Qurbanlı ilə müqavilənin müddətini uzadıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu daha üç il Ağdam təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Musa Qurbanlı 2019-cu ildən "Qarabağ"ın əsas komandasındadır.







Misli Premyer liqa