25 oktyabr 2024. Cümə

Kamran Ağayev karyerası ilə bağlı qərar verdi


Kamran Ağayev karyerası ilə bağlı qərar verdi

"Səbail" klubunda çıxış edən Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev karyerası ilə bağlı qərar qəbul edib.

Paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev 35 yaşlı qolkiperlə bu istiqamətdə danışıqlarının olduğunu bildirib.

Hacıyevin sözlərinə görə, təcrübəli oyunçu daha bir il komandada qalmağa razılıq verib: "Kamranla sözlü danışığımız olub, klubda qalacağını deyib. Amma hələ rəsmi bir şey yoxdur. Yəqin ki, yaxın günlərdə rəsmən açıqlayarıq".

40 yaşlı baş məşqçi qapıçı Nikolas Hagen və yarımmüdafiəçi Hendrik Ekşteynlə isə hələ razılğa gəlmədiklərini əlavə edib: "Müdafiəçi Ali Siseyi də saxlamaq istəyirdik, alınmadı. Hagen və Ekşteynlə danışıqlarımız davam edir. Bu iki futbolçu ilə söhbətimiz hələ alınmır. Şərtlərimizlə razılaşmırlar".

Mütəxəssis karyerası ərzində "Turan", AZAL, "Zirə" və "Qarabağ"da çıxış etmiş Cavid Tağıyevin də "Səbail"ə keçə biləcəyini deyib: "Cavidlə söhbətimiz olub, amma onunla bir daha danışacağıq. Uzun müddətdir ki, oynamır. Ən azından onu məşqlərdə, iş başında görmək istəyərik. Bir neçə oyununa baxıb qərar verə bilərik. Onu tanıyırıq, sadəcə, fiziki durumunu və sağlamlığını bilməliyik".

Hacıyev iyulun 1-də Bakıda toplaşacaqlarını sözlərinə əlavə edib: "Hazırlıq prosesinin növbəti mərhələləri Gürcüstanda və ya Qəbələdə ola bilər".(report)







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir