19 mart 2026. Cümə axşamı

Məşqlərin gərginliyi hazırlığı daha da maraqlı edir - Medina


Məşqlərin gərginliyi hazırlığı daha da maraqlı edir - Medina

"Yeni mövsümün hazırlığını intensiv şəkildə davam etdiririk. Bakıdakı toplanışın ikinci həftəsindəyik. Hər şey qaydasındadır və düşünürəm ki, məşqlər plan üzrə gedir".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Kevin Medina klubun rəsmi saytına açıqlamasında təlim-məşq toplanışı barədə danışarkən deyib.

Kolumbiyalı müdafiəçi bildirib ki, komanda yoldaşları da olduqca həvəsli və istəklidirlər: "Bu da məni sevindirən amildir. Məşqlərin gərginliyi hazırlığı daha da maraqlı edir. Hazırlıq prosesinin intensivliyi, futbolçuların istəkli olması yekunda komandaya faydalıdır. Fikrimcə, komandamız tez bir zamanda yaxşı formaya düşəcək".

28 yaşlı oyunçu növbəti mövsüm üçün hədəfini açıqlayıb: "Əsas hədəfim ötən mövsümkü çıxışımı daha da yaxşılaşdırmaqdır. Özüm də bunun fərqindəyəm. Futbol hər gün inkişaf edir və bu səbəbdən də üzərimdə daha çox çalışmalıyam. Əsas hədəfim budur və istəyirəm daha yaxşı oynayım".

Medina ilk dəfə çıxış edəcəkləri Konfrans Liqası haqqında da danışıb: "İsrail klubuna rəqib olduq. Hamıya məlumdur ki, yeni turnirdir və düşünürəm ki, maraqlı olacaq. İnanıram ki, komandamız yeni turnirdə mümkün qədər irəli gedəcək və yaxşı nəticələrlə azarkeşləri sevindirəcək".

Qeyd edək ki, Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq "Qarabağ"ın rəqibi İsrailin "Aşdod" komandasıdır. Ağdam təmsilçisi ilk oyununu iyulun 22-də Bakıda, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi