23 iyun 2026. Çərşənbə axşamı

Hədəfimizə çatmaq üçün əlimizdən gələni edəcəyik


Hədəfimizə çatmaq üçün əlimizdən gələni edəcəyik

"Qarabağ”la müqavilə yeniləyən Filip Ozobiç klubun saytına açıqlama verib.

Corner.az xəbər verir ki, 30 yaşlı xorvatiyalı yarımmüdafiəçi yeni mövsümün hədəfləri barədə danışıb:

“Yeni müqavilə imzaladığım üçün çox şadam. Ailəm və mən Azərbaycanda çox xoşbəxtik. Burada hər şey ürəyimizcədir. Buna görə də yeni müqavilə imzaladım. Təbii ki, “Qarabağ” həmişə olduğu kimi çempionluq uğrunda mübarizə aparır. Mənim də hədəfim çempionluq titulunu geri qaytarmaqdır. Bu hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik.

Bundan əlavə, Konfrans Liqasında da mübarizəyə başlayacağıq. Artıq rəqibimiz də məlumdur. Bu turnirə ciddi yanaşırıq. Burada qrup mərhələsinə düşməyə çalışacağıq. Əsas hədəfimiz budur və istəyimizi reallaşdırmaq üçün sona qədər mübarizə aparacağıq”.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı