23 iyun 2026. Çərşənbə axşamı

I Divizion: 12 komandanın iştirakı təsdiqləndi, Qəbələ'də qeyri-müəyyənlik


I Divizion: 12 komandanın iştirakı təsdiqləndi, Qəbələ'də qeyri-müəyyənlik

Futbol üzrə Azərbaycan I Divizionunda 2021/2022 mövsümü üçün 12 komandanın iştirakı təsdiqlənib.

Corner.az xəbər verir ki, bu barədə  Peşəkar Futbol Liqasının Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.

O, bildirib ki, "Zaqatala", "Turan Tovuz", "Kəpəz", MOİK, "Qaradağ Lökbatan", "Nefçi-2", "Qarabağ-2", "Keşlə2", "Sumqayıt-2", "Sabah-2", "Zirə-2" və "Səbail-2"nin yarışa qatılacağı bəllidir: "Bu o deməkdir ki, I Divizion ən azı 12 komandanın iştirakı ilə keçiriləcək. "Qəbələ" klubu bizdən əvəzedici komandalarının iştirak edib-etməyəcəyi ilə bağlı məktuba cavab üçün vaxt istəyib. Onların cavabından sonra I Divizionun nə vaxt başlayacağı, neçə dövrədən ibarət olacağı və digər detallar məlum olacaq".

"Qəbələ"nin baş meneceri Zaur Əzizov "Report"a açıqlamasında bu yöndə qeyri-müəyyənliyin olduğunu söyləyib: "Hazırda görünən odur ki, klub olaraq buna hazırlaşmırıq. Əvəzedici komandanın növbəti mövsüm olması yönündə hansısa hazırlıq görmürük. Bununla bağlı bir az qeyri-müəyyənlik var".

Qeyd edək ki, 2020/2021 mövsümündə I Divizionda 10 komanda iştirak edib. "Neftçi-2" 27 turdan sonra 64 xalla qızıl medallara sahib çıxıb.(report)







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı