8 avqust 2026. Şənbə

Sona qədər mübarizə apardıq – Qurban Qurbanov


Sona qədər mübarizə apardıq – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan Qurbanov, 1:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Maraqlı oyun alındı. Futbolçular bir az çətinlik çəkirdi. Rəqibin artıq 4-cü oyunu idi və hazırlıqları bizdən daha yaxşı səviyyədə idi. Bizim heyətimizdə problemlərimiz var idi. Bəzi futbolçuları qoruduq, bəzilərini meydanda sona qədər saxlaya bulmədik.

Bu oyun mənim üçün çox vacib idi. Ki, ilk oyunda futbolçular sürəti, mübarizəni hiss etsin. Rəqib də tam istədiyimiz kimi komanda idi. İlk hissədə texniki səhvlərimiz çox oldu. Bu da başa düşüləndir. Ümumilikdə oyundan razı qaldım. Sona qədər mübarizə apardıq. Oyunun tempi düşmədi.

Çətinliklərimiz var. Bu oyunda bunlar hiss olundu. Bunları aradan qaldıracağıq. Matçı qələbə ilə bitirmək tam yerinə düşdü”.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı