5 noyabr 2026. Cümə axşamı

Sabah yeni transferi ilə müqavilənin müddətini açıqladı


Sabah yeni transferi ilə müqavilənin müddətini açıqladı

Yay transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi almaniyalı vinger Coy-Lens Mikelslə müqavilə bağlayıb. 27 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2 ildir.

Konqo əsilli futbolçu karyerası ərzində Almaniyanın “Borussiya-2” (Münhenqladbax, 2013-2014), “Şalke-2” (2014-2016), “Alemannia” (2016/2017), “Vaker Nordhauzen” (2017-2020), “Karl Zeys Yena” (2020) və Niderlandın “Maastrixt” (2020-2021) klublarında çıxış edib.

“Sabah” yay transfer dövründə daha öncə Elvin Camalov, Səlahət Ağayev və Xuan Kamaranı heyətinə cəlb etmişdi.







Misli Premyer liqa