8 avqust 2026. Şənbə

Hazırlığımız tam istədiyimiz kimi gedir - Xayme Romero


Hazırlığımız tam istədiyimiz kimi gedir - Xayme Romero

“Qarabağ”ın futbolçusu Xayme Romero klubun saytına açıqlama verib.

 Corner.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Avstriya toplanışından danışıb və azarkeşlərlə bağlı verilən qərara sevindiyini deyib:

“Hazırlığımız tam istədiyimiz kimi gedir. Bütün futbolçular motivasiyalıdır və hər kəs böyük həvəslə çalışır. Hamı tez bir zamanda pik formaya çatmaq istəyir. Çox həvəsliyik və rəsmi oyunların başlamasını səbirsizliklə gözləyirik.

Sevindirici haldır ki, avrokubok oyunlarımıza azarkeşlər də gələcək. Ötən mövsüm onların yoxluğunu hiss etdik. Futbolu azarkeşlər üçün oynayırıq. 50 faizə qədər azarkeşin tribunalara buraxılması müsbət haldır. Bu, bizi daha da həvəsləndirəcək. Bu xəbərə çox sevindim. İnanıram ki, qələbələrimizlə azarleşlərimizi sevindirəcəyik. Onların dəstəyinə ehtiyacımız var”.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı