5 noyabr 2026. Cümə axşamı

Azarkeşlər bizim üçün çox önəmlidir


Azarkeşlər bizim üçün çox önəmlidir
"Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev klubun rəsmi saytına açıqlama verib.

Corner.az xəbər verir ki, 27 yaşlı qolkiper Avstriya toplanışından danışıb və azarkeşlərlə verilən qərara sevindiyini deyib:
 
“Təlim-məşq toplanışımız çox yaxşı keçir. Komandada ab-hava yüksəkdir. Qarşıdakı oyunlara çox ciddi hazırlaşırıq. İlk hədəf Avropa Konfrans Liqasında uğurlu çıxış etməkdir. Azarkeşlərlə bağlı verilən qərar məni çox sevindirdi. Çox şadam ki, onlar yenidən tribunalara qayıdır. Uğurlarımızda fanatlarımızın payı danılmazdır. Onların dəstəyinə hər zaman ehtiyacımız var. Azarkeşlər bizim üçün çox önəmlidir".






Misli Premyer liqa