8 avqust 2026. Şənbə

Qarabağ Auqsburq'la heç-heçə etdi


Qarabağ Auqsburq'la heç-heçə etdi

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün yoxlama oyunu keçirib.

Corner.az xəbər verir ki, Ağdam təmsilçisi “Auqsburq”la üz-üzə gəlib.

Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. Matçda hesabı Patrik Andrade açıb. Daha sonra Xayme Romero Ağdam təmsilçisinin ikinci qolunu vurub. 37-ci dəqiqədə penalti qazanan Bundesliqa klubu fərqi azaldıb. Fasilə ərəfəsində isə  daha bir qol vuran Almaniya təmsilçisi matçda yekun nəticəni müəyyənləşdirib.

“Qarabağ” Avstriyada bundan öncə daha iki yoxlama oyunu keçirmişdi. “Köhlən atlar” Bolqarıstanın ÇSKA komandasını məğlub edib (1:0), Rusiya “Arsenal”ına isə uduzub (0:1).

Yoxlama oyunu

15 iyul

Qarabağ – Auqsburq (Almaniya) 2:2







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı