8 avqust 2026. Şənbə

Azərbaycanda oynamaq məni şəxsiyyət və futbolçu kimi böyütdü


Azərbaycanda oynamaq məni şəxsiyyət və futbolçu kimi böyütdü

"Azərbaycanda oynamaq təcrübəsi məni şəxsiyyət kimi böyüməyə vadar etdi. Bu, mənə zövq verir. Çünki futbolçu kimi də inkişaf etdim".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Səbail"lə yollarını ayıran qvatemalalı qapıçı Nikolas Hagen ölkəsinin mətbuatına açıqlamasında deyib.

25 yaşlı qolkiper bildirib ki, Bakı təmsilçisinin heyətində bu qədər oyun keçirmək ona mənəvi rahatlıq verib: "Artıq futbola fərqli şəkildə baxmağı bacarıram. Hər gün inkişaf etməyə daha çox can atıram. Ümid edirəm ki, belə halların sayı çox olacaq. Artıq hər şeyi daha yaxşı etmək istəyən və qapıya tərəf gələn hər topu dayandırmağa çalışan sakit bir Hagen görürəm".

O, əsas hədəfinin karyerasını ölkə xaricində davam etdirmək olduğunu bildirib: "Qvatemalaya qayıtmağı qətiyyən düşünmürəm. Daha rəqabətli liqalarda oynamaq istəyirəm".

Qeyd edək ki, Nikolas Hagen 2020/2021 mövsümündə "Səbail"də çıxış edib.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı