8 avqust 2026. Şənbə

Millimizin sabiq futbolçusu Qəbələ'nin məşqçisi oldu


Millimizin sabiq futbolçusu Qəbələ'nin məşqçisi oldu

"Qəbələ"də yeni məşqçi təyinatı gerçəkləşib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm futbolçu kimi “qırmızı-qaralar”ın heyətində olan Rasim Ramaldanov məşqçi təyin edilib. Karyerasını başa vuran 35 yaşlı müdafiəçi Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.

2016/17 mövsümündə “Qəbələ”də debüt edən müdafiəçi “qırmızı-qara” formada 39 oyun keçirib, 1 qol vurub. O, çempionatda 32 (1 qol), kubokda 4, UEFA Avropa Liqasında 3 görüşdə iştirak edib.

Qeyd edək ki, Ramaldanov “Qəbələ”yədək “Simurq”, “Sumqayıt”, “Xəzər Lənkəran”, Gürcüstanda “Kolxeti” klublarının formasını geyinib. O, Azərbaycan millisində 16 görüş keçirib.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı