16 mart 2026. Bazar ertəsi

Premyer Liqa: "Zirə"-"Qəbələ" oyununda qalib müəyyənləşməyib


Premyer Liqa: "Zirə"-"Qəbələ" oyununda qalib müəyyənləşməyib

 Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib. Corner.az-ın  məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda eyniadlı komanda ilə "Qəbələ" üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

57-ci dəqiqədə "Qəbələ"nin kapitanı Cavid Hüseynovun zərbəsindən sonra top "Zirə"nin müdafiəçisi Bəxtiyar Həsənalızadəyə dəyərək qapıdan keçib.

87-ci dəqiqədə isə İsmael Fofana cinah ötürməsindən sonra başla dəqiq zərbə endirib.

Bu nəticədən sonra komandaların mövqelərində dəyişiklik baş verməyib. "Qəbələ" 25 xalla 4-cü, "Zirə" 18 xalla 6-cı pillədə qalıb.

Qeyd edək ki, ilk oyun günündə "Səbail" "Sumqayıt"la qolsuz heç-heçə etdiyi halda, "Neftçi" "Sabah"ı darmadağın edib - 3:0. Tura bu gün saat 17:30-da başlanacaq "Keşlə" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

"Report"







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi