19 mart 2026. Cümə axşamı

Qarabağ'ın prezidenti: Əvvəl biz öyrənirdiksə, indi bizdən nəsə öyrənməyə çalışırlar


Qarabağ'ın prezidenti: Əvvəl biz öyrənirdiksə, indi bizdən nəsə öyrənməyə çalışırlar

“Qarabağ” klubunun prezidenti Tahir Gözəl açıqlama verib.

Corner.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan Gözəl, Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində “Aşdod”la (İsrail) səfər matçında (1:0) qazanılan qələbəyə görə “Qarabağ” camiəsini təbrik edib:

“Aşdod”la oyunda qazandığımız qələbə və “Qarabağ”ımızın mərhələ adlaması münasibəti ilə baş məşqçimiz Qurban Qurbanovu, komandamızın bütün futbolçularını, xüsusən, “Qarabağ” azarkeşlərini təbrik edirəm. “Aşdod”la oyundakı uğur avrokuboklarda yenə iddialı olduğumuzu göstərdi. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun sayəsində biz indi azad Qarabağı, ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycanı təmsil edirik. Bu, bizi daha məsuliyyətli edir. Odur ki, daha güclü heyətin qurulması üçün klubumuzun idarəçilərinə tapşırıqlar vermişəm. Əminəm ki, zamanla daha əzmkar, daha mübariz, daha böyük hədəflər üçün oynayan “Qarabağ” görəcəyik.

Klub olaraq da böyümüşük, təcrübə toplamışıq. Əvvəl biz öyrənirdiksə, indi bizdən nəsə öyrənməyə çalışırlar. “Aşdod”la oyunda bunun şahidi olduq. Qürurla deyə bilərik ki, klubumuz həm də yaxşı idarəçilər yetişdirir. UEFA Konfrans Liqası yeni turnirdir. Burda mərhələ adlayan ilk Azərbaycan komandası olduq. Ümid edirəm, bu uğurun davamını AEL-lə matçlarda da gətirəcəyik. Mənim komandama güvənim sonsuzdur. Yeni turnirdə – Konfrans Liqasında mümkün olduğu qədər irəliləməyə, Azərbaycanı, Qarabağı böyük qürur hissi ilə təmsil etməyə çalışacağıq”.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi