24 iyun 2026. Çərşənbə

Azərbaycana gəlməzdən əvvəl məndə qorxu var idi


Azərbaycana gəlməzdən əvvəl məndə qorxu var idi

"Bakı gözəl şəhərdir. Buradakı insanlar çox mehribandır. Komandada mənimlə yaxşı rəftar edirlər".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ" klubunun yeni transferi Kristof Atanqana-Assimba "Elcorreo" nəşrinə açıqlamasında deyib.

21 yaşlı qapıçı İspaniya "Atletik"i ilə müqaviləsi bitdiyi üçün dünyanı görmək və Bilbaodan bir az uzaqlaşmaq istədiyini bildirib. "Agentimə İspaniyadan ayrılmaq istədiyimi söylədim. O, işə başladı və "Qəbələ" ilə müqavilə imzalamağı təklif etdi. Öz-özümə "lənət olsun" dedim. Bakı, Azərbaycan. Həmin vaxt bu ölkə haqqında məlumatım yox idi. Bunun üçün məndə qorxu var idi. Hara gedəcəyimi bilmirdim".

Afrikalı oyunçu əyalət təmsilçisinə keçməzdən əvvəl Kamerunda yaşayan ailəsi ilə məsləhətləşdiyini sözlərinə əlavə edib: "Məsləhətləşmələrdən sonra rahatlaşdım və sakitcə gəlib çatdım. Burada ingilis dilində danışa bilirəm. Hər gün həmkarlarımla, küçədə də insanlarla danışıram. Hələlik mənim üçün çox rahatlıqdır. Səbirsizliklə Azərbaycan çempionatının başlamasını gözləyirəm".

Qeyd edək ki, "Qəbələ" Kristof Atanqana-Assimba ilə 2 illik müqavilə imzalayıb.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı