19 avqust 2026. Çərşənbə

Azərbaycan da VAR sisteminə keçir - RƏSMİ


Azərbaycan da VAR sisteminə keçir - RƏSMİ

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Corner.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda  qadınlardan ibarət Azərbaycanın A milli komandasına Siyasət Əsgərov, U-19 –a  Vüqar Əsgərli, U-17 və U-15-ə Zamir Həsənov baş  məşqçi təsdiq olunub.

2019-2020-ci il mövsümündə Topaz Premyer Liqası klublarının əvəzedici komandalarının I Divizionda çıxışı üçün AFFA tərəfindən hər bir kluba 50.000 (əlli min) AZN vəsait ayrılmasına qərar verilib.

Yeni qərara əsasən, komandasının I Divizonda iştirakından imtina edən TPL klubu 100 min AZN məbləğində cərimə olunacaq.

Bundan başqa, Tovuz rayonunda, “Turan-Tovuz” klubunun nəzdində Futbol Akademiyası təsis olunmasına qərar verilib. Akademiyanın təsis olunması ilə bağlı texniki proseslərin, inşaat-təmir işlərinin tənzimlənməsi AFFA-nın baş katibliyinə həvalə olunacaq.
 
Qərarlar sırasında VAR (video-köməkçi hakim) sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilməsi də var.







Misli Premyer liqa

“Sumqayıt”ın futbolçusu əməliyyat olunub
  • Misli Premyer liqa
  • 14:17 17.08.2026
“Sumqayıt”ın futbolçusu əməliyyat olunub
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi