8 avqust 2026. Şənbə

Yaşar Vahabzadə Kəpəz'in hazırlığını dəyərləndirdi


Yaşar Vahabzadə Kəpəz'in hazırlığını dəyərləndirdi
Ayın əvvəlindən yeni mövsümün hazırlıqlarına start verən “Kəpəz” məşq prosesində ilk həftəni geridə qoyub.

Corner.az xəbər verir ki, “sarı-göylər”in baş məşqçisi Yaşar Vahabzadə klubun mətbuat xidmətinə açıqlamasında çalışmaları dəyərləndirib: 
 
“Ayın 2-dən məşqlərə başlamışıq. İlk həftəni ikitərəfli oyunla başa vurduq. Uşaqlara bir günlük istirahət verdik. Birinci həftədə hazırlıq futbolçuların ümumi fiziki dözümlülüyünün artırılmasına yönəlmişdi. Qaçışlar, güc hərəkətləri üzərində işləyirdik. Bəzi oyunçular var idi ki, artıq çəki ilə bizə qoşulmuşdular. Bu da başa düşüləndir. İstirahət vaxtı çox uzun olduğundan çəki almaları normaldır. Amma buna da diqqət yetiririk, uşaqlar da başa düşür ki, çəkini atmaq lazımdır. Oyunçuların məşqlərə yanaşması məni sevindirir. Verilən tapşırıqların öhdəsindən gəlməyə çalışırlar. İşimiz çoxdur, inşallah, tam gücümüzlə məşq edərək çempionatın startına kimi hazır olacağıq”.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı