- Misli Premyer liqa
- 11:11 23.10.2024
Bu həftə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümü start götürəcək.
Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, sayca 30-cu olacaq ölkə çempionatı yubiley xarakteri daşıyır.
1992-ci ildən keçirilən yarışda indiyədək 60 klub mübarizə aparıb. Onlardan yalnız ikisi – “Neftçi” və “Qarabağ” bütün mövsümlərdə mükafatlar uğrunda mübarizə aparıb. Əvvəlki 29 çempionatın ümumi cədvəlinə də bu iki komanda başçılıq edir. Qələbəyə görə üç xalın hesablandığı cədvəldə “Neftçi” 1-ci, “Qarabağ” 2-cidir. Bakı klubunu Ağdam təmsilçisindən cəmi üç xal ayırır. 3-cü sırada qarşıdakı mövsümün daha bir iştirakçısı “Keşlə” qərarlaşıb. Liderlər cari mövsümdə 1-ci yer uğrunda öz aralarında mübarizə aparacaqsa, 3-cü pillənin dəyişəcəyi gözlənilmir.
İlk “onluq”da mövsümün daha bir iştirakçısı “Qəbələ” də var. “Keşlə” kimi “qırmızı-qaralar”ın da mövqeyi dəyişməz qalacaq.
14-cü olan “Sumqayıt” iki pillə irəliləmək şansına malikdir. Eyniadlı şəhərin ən yaxşı komandası olmaq üçün sumqayıtlılara 2 xal lazımdır.
Digər klubların irəliləmək imkanları daha çoxdur. 19-cu olan “Zirə” də, 30-cu olan “Səbail” də, 37-ci olan “Sabah” da 2021/22 mövsümünün nəticələrinə əsasən ümumi sıralamada xeyli irəliləyə bilər.
Qeyd edək ki, texniki nəticələr cədvəldəki top fərqinə daxil edilməyib.
1. | Neftçi | 825 | 468 | 182 | 175 | 1412-643 | 1586 |
2. | Qarabağ | 825 | 463 | 194 | 168 | 1268-639 | 1583 |
3. | Keşlə | 593 | 275 | 155 | 163 | 777-560 | 980 |
4. | Kəpəz | 574 | 266 | 117 | 191 | 926-654 | 915 |
5. | Turan | 584 | 250 | 112 | 222 | 723-690 | 862 |
6. | Bakı | 517 | 217 | 123 | 177 | 632-531 | 774 |
7. | Qəbələ | 440 | 171 | 118 | 151 | 528-488 | 631 |
8. | Xəzər Lənkəran | 369 | 160 | 103 | 106 | 493-338 | 583 |
9. | AZAL | 362 | 127 | 104 | 131 | 379-380 | 485 |
10. | Şəmkir | 248 | 132 | 40 | 76 | 393-284 | 436 |
11. | Viləş | 268 | 119 | 41 | 108 | 309-341 | 398 |
12. | Simurq | 272 | 88 | 80 | 104 | 280-299 | 344 |
13. | Xəzər (Sumqayıt) | 246 | 98 | 27 | 121 | 339-369 | 321 |
14. | Sumqayıt | 300 | 80 | 80 | 140 | 295-427 | 320 |
15. | ANS Pivani | 214 | 88 | 45 | 81 | 261-249 | 309 |
16. | MOİK | 306 | 66 | 60 | 180 | 225-489 | 258 |
17. | Kür-Nur | 194 | 75 | 31 | 88 | 225-267 | 256 |
18. | Karvan | 168 | 69 | 36 | 63 | 222-179 | 243 |
19. | Zirə | 168 | 61 | 54 | 53 | 187-189 | 237 |
20. | Şahdağ (Qusar) | 251 | 59 | 48 | 144 | 222-441 | 225 |
21. | Şəfa | 216 | 61 | 22 | 133 | 220-336 | 205 |
22. | Xəzri | 114 | 58 | 29 | 27 | 155-95 | 203 |
23. | Pambıqçı (Bərdə) | 166 | 52 | 25 | 89 | 141-224 | 181 |
24. | İnşaatçı (Bakı) | 108 | 41 | 23 | 44 | 112-112 | 146 |
25. | MKT-Araz | 84 | 37 | 22 | 25 | 86-77 | 133 |
26. | Xəzər (Lənkəran) | 110 | 36 | 25 | 49 | 114-119 | 133 |
27. | Rəvan | 136 | 31 | 34 | 71 | 134-219 | 127 |
28. | Bakılı | 144 | 31 | 23 | 90 | 117-250 | 116 |
29. | Azəri | 86 | 33 | 14 | 39 | 102-125 | 113 |
30. | Səbail | 104 | 28 | 24 | 52 | 84-148 | 108 |
31. | Standard | 84 | 27 | 17 | 40 | 101-101 | 98 |
32. | Muğan | 90 | 25 | 19 | 46 | 72-120 | 94 |
33. | Daşqın | 56 | 28 | 6 | 22 | 76-63 | 90 |
34. | Gənclərbirliyi | 110 | 22 | 20 | 68 | 91-214 | 86 |
35. | Kürmük | 84 | 23 | 15 | 46 | 98-190 | 84 |
36. | Göyəzən | 98 | 21 | 17 | 60 | 63-153 | 80 |
37. | Sabah | 76 | 19 | 20 | 37 | 67-106 | 77 |
38. | Avey | 56 | 23 | 7 | 26 | 51-68 | 76 |
39. | İnşaatçı (Sabirabad) | 54 | 19 | 12 | 23 | 51-64 | 69 |
40. | Pambıqçı (Neftçala) | 82 | 15 | 13 | 54 | 82-200 | 58 |
41. | Plastik | 38 | 18 | 2 | 18 | 42-60 | 56 |
42. | Azneftyağ | 54 | 16 | 8 | 30 | 50-77 | 56 |
43. | Ədliyyə | 60 | 14 | 12 | 34 | 45-106 | 54 |
44. | Avtomobilçi | 68 | 15 | 9 | 44 | 46-145 | 54 |
45. | Şirvan (Şamaxı) | 38 | 16 | 2 | 20 | 42-64 | 50 |
46. | Fərid | 30 | 13 | 8 | 9 | 45-28 | 47 |
47. | Çıraqqala | 38 | 15 | 2 | 21 | 29-56 | 47 |
48. | Ümid (Cəlilabad) | 54 | 12 | 7 | 35 | 52-103 | 43 |
49. | Karat | 34 | 12 | 4 | 18 | 37-59 | 40 |
50. | Araz-Naxçıvan | 42 | 10 | 8 | 24 | 38-88 | 38 |
51. | Masallı | 26 | 8 | 6 | 12 | 30-40 | 30 |
52. | Ümid (Bakı) | 24 | 7 | 4 | 13 | 23-50 | 25 |
53. | Energetik | 38 | 7 | 3 | 28 | 25-82 | 24 |
54. | Bozqurd | 18 | 4 | 6 | 8 | 19-30 | 18 |
55. | Dalğıc ADNŞ | 32 | 4 | 4 | 24 | 18-80 | 16 |
56. | ABN-Bərdə | 26 | 2 | 6 | 18 | 12-53 | 12 |
57. | Lokomotiv | 26 | 4 | 0 | 22 | 17-37 | 12 |
58. | Şirvan (Kürdəmir) | 38 | 3 | 1 | 34 | 10-72 | 10 |
59. | Şahdağ (Quba) | 20 | 0 | 1 | 19 | 5-27 | 1 |
60. | Gənclik | 38 | 0 | 0 | 38 | 0-0 | 0 |