5 noyabr 2026. Cümə axşamı

Millimizin qapıçısı sıradan çıxdı


Millimizin qapıçısı sıradan çıxdı

Azərbaycan millisinin və "Sumqayıt"ın qapıçısı Aydın Bayramov sıradan çıxıb.

Corner.az-ın məlumatına görə, 25 yaşlı qolkiper "Keşlə"yə qarşı Premyer Liqanın ilk turunun səfər matçının 2-ci dəqiqəsində dizindən xəsarət alaraq zədələnib. Rəqib hücumçu Anatol Abanqla toqquşan Bayramov görüşü davam etdirə bilməyib və Tərlan Əhmədli ilə məcburi əvəzlənib.

Qeyd edək ki, qarşılaşmada hesab açılmayıb.







Misli Premyer liqa