19 mart 2026. Cümə axşamı

Sabah Səbail'ə, Keşlə Sumqayıt'a uduzdu


Sabah Səbail'ə, Keşlə Sumqayıt'a uduzdu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə start verilib.

Corner.az xəbər verir ki, açılış matçında “Sabah” doğma meydanda “Səbail”lə üz-üzə gəlib. “Bank Respublika Arena”da keçirilən görüş qonaqların qələbəsiylə yekunlaşıb.

Günün digər matçında ölkə kubokunun son qalibi “Keşlə” doğma meydanda “Sumqayıt”la qarşılaşıb. Bu görüşdə də qonaqlar inamlı qələbə qazanıb.

Son çempion “Neftçi”nin ilk turdakı rəqibi “Qəbələ” olacaq. Ötən mövsümün gümüş mükafatçısı “Qarabağ”ı isə çətin “Zirə” səfəri gözləyir.

Azərbaycan Premyer Liqası, 1-ci tur

14 avqust

Sabah – Səbail 0:1
Qol: Y.Qoxa, 30.
Qırmızı vərəqə: C.Lens-Mikels, 90+3.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”, 18:30

Keşlə – Sumqayıt 0:2
Qol: R.Sadıxov, 83; 89.
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”, 20:30







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi