24 iyun 2026. Çərşənbə

Hücum xəttimizdə sıxıntı var - Elmar Baxşıyev


Hücum xəttimizdə sıxıntı var - Elmar Baxşıyev

"Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Corner.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Çempionat üçün darıxmışdıq. Komanda düşündüklərimizi meydanda yerinə yetirməyə çalışırdı. Çətin olacağını bilirdik. Bu komandaya inamım çoxdur. Gələcək oyunlarda azarkeşləri sevindirməyə çalışacağıq.

Qapıçı Nicat Mehbalıyevin oyunundan razı qaldım. Onun çıxışını normal qarşılayıram. Gənc qapıçıdır. Penaltidə hər futbolçu qol vurmaq istəyir. Mən bu amili müsbət qarşılayıram. Hücum xəttimizdə sıxıntı var. Maraqlandığımız oyunçu da var. Amma rəsmi razılıq əldə etməmişik. Heyətə U-19 komandasından oyunçular cəlb etmişik. Onlara gələcək oyunlarda şans verəcəyik. Kapitan Asif Məmmədovun yüngül zədəsi var idi və bu səbəbdən oynamırdı”.







Misli Premyer liqa

"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı