8 avqust 2026. Şənbə

Dinamo ilə matça çıxıb, 3 məhsuldar ötürmə etdi – Sabah'ın futbolçusu


Dinamo ilə matça çıxıb, 3 məhsuldar ötürmə etdi – Sabah'ın futbolçusu

“Sabah”ın Futbol Akademiyasının üzvləri Həmzəalı Mikayılov və Xəyal Əliyev “Dinamo” (Zaqreb, Xorvatiya) Futbol Akademiyasında məşqlərini davam etdirirlər.

Corner.az xəbər verir ki, hər iki futbolçu “Dinamo”nun aşağı yaş qruplarının heyətində yoxlama oyununda meydana çıxıblar. Həmzəalı Zaqreb təmsilçisinin U-17 komandasının heyətində HASK klubunun U-19 komandasına qarşı matçda (10:0) meydana çıxıb.

Xəyal isə “Dinamo”nun U-18 komandasının heyətində “Kustoşiya” klubunun U-19 komandasına qarşı oyunda (4:0) şans qazanıb. Əliyev bu görüşdə 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Azərbaycanın U-17 və U-19 komandalarının üzvü olan Həmzəalı və Xəyal “Sabah” və “Dinamo” klubları arasında 2019-cu ildə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Zaqreb təmsilçisinin futbol akademiyasında təcrübə keçirlər.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı