8 avqust 2026. Şənbə

Qurban Qurbanovla 100-cü sülh


Qurban Qurbanovla 100-cü sülh

“Qarabağ” Premyer Liqada Qurban Qurbanovun rəhbərliyi altında 100-cü heç-heçəsini edib.

Corner.az xəbər verir ki, bu, 2021/22 mövsümünün ilk turuna təsadüf edib. “Zirə” ilə səfər qarşılaşması 1:1 hesabı ilə başa çatıb. Mütəxəssisin rəhbərliyi ilə 14-cü mövsümünə start verən Ağdam klubu bu görüşədək 99 dəfə meydanı bir xalla tərk etmişdi.

Ümumiyyətlə, Qurbanov ölkə çempionatları tarixində həm oyun, həm qələbə, həm heç-heçə sayında mütləq rekordçudur. “Neftçi” və “Qarabağ”da çalışmış Qurbanov Premyer Liqada ümumilikdə 104 heç-heçə izləyib. O, bu göstəricidə 100-ü adlayan yeganə baş məşqçidir.

“Qarabağ”ın Qurbanovun baş məşqçiliyi dövründə ilk heç-heçəsi 2008-ci il avqustun 16-da qeydə alınıb. Həmin gün ağdamlılar evdə AZAL-la sülhə imza atıb – 1:1.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı