19 mart 2026. Cümə axşamı

Namik Ələskərovun gedişini qəbul edə bilmirəm - Neftçi'nin prezidenti


Namik Ələskərovun gedişini qəbul edə bilmirəm - Neftçi'nin prezidenti

"Namiki 14 yaşından tanıyıram. Bunu çox adam bilmir. Federasiyada işləyəndə Ələskərov Təbriz Həsənovun başçılığı altında yığmada çıxış edirdi. Həmin vaxt "Bakı"nın aşağı yaş qruplarında oynayırdı. Zədələri olurdu, hətta Almaniyaya da göndərmişdik".

Corner.az-ın məlumatına görə, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev klub televiziyasına müsahibəsində Namik Ələskərovun Türkiyənin "Bursaspor" klubunakeçidi ilə bağlı yaranmış qalmaqal barədə danışarkən deyib.

43 yaşlı funksioner deyib ki, Ələskərov artıq uşaq deyil: "Özünün övladı var. Hər ikimiz bir-birimizi yaxşı tanıyırıq. Mən "Neftçi"yə yeni gələndə Namikin baş məşqçi ilə müqavilə barəsində problemləri var idi. Bütün bunlara baxmayaraq, onun başqa kluba getməyinə imkan vermədik. Çünki o da komandaya xeyir verdi. Namikə hər zazaman dəstək olmuşuq. Ötən mövsüm Ələskərovun karyerasının zirvəsi idi".

Klub rəsmisi 26 yaşlı yarımmüdafiəçinin gedişini qəbul edə bilmədiyini bildirib:: "Klub prezidenti kimi isə bunu qəbul edə bilmirəm. Çünki qarşımızda nə qədər böyük işlər var idi. Deyirlər ki, futbolçuya yaxşılaşdırılmış şərtlərlə yeni müqavilə təklif olunmayıb. Bu, tamamilə yanlış informasiyadır. Gəlin statistikaya baxaq. Elə mövsüm olub ki, Namik cəmi 1 qol vurub, yaxud da çox az oynayıb. Buna baxmayaraq, "Neftçi" öhdəsinə düşən hər şeyi edib".

Quliyevin sözlərinə görə, bu ilin fevralında futbolçuya uzunmüddətli müqavilə təklif olunsa da, o, bunu qəbul etməyib: "Ötən mövsümün qış fasiləsində Bakıda təlim-məşq toplanışında idik. Həmin vaxt Namikə kifayət qədər cəlbedici təklif etdik. Müqavilə uzunmüddətli idi və ildən-ilə maaşın artırılmasını nəzərdə tuturdu. Sözləşmə tək puldan ibarət deyil. Orada müxtəlif bəndlər olur. Müəyyən şərtlər var ki, onları hər futbolçu üçün nəzərdə tuturuq. Amma Ələskərov həmin şərtlə razılaşmadı. Çünki müqavilə uzunmüddətli idi və o, həm futbolçuya, həm də bizə üstünlük verirdi. Hər detalı razılaşdırmışdıq. Sadəcə, bir bəndlə bağlı anlaşa bilmədik. Amma həmin bəndi açıqlamayacağam".







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi