8 avqust 2026. Şənbə

Sabah Sumqayıt'a , Keşlə Qəbələ'yə uduzdu


Sabah Sumqayıt'a , Keşlə Qəbələ'yə uduzdu

Azərbaycan Premyer Liqasında 2-ci tura start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Qəbələ” doğma meydanda “Keşlə”ni qəbul edib. Meydan sahibləri bu oyundan  qələbə ilə ayrılıb.

Günün digər matçında isə "Sumqayıt" doğma meydanda “Sabah”la qarşılaşıb. Meydan sahibləri bu görüşdən inamlı qələbə qazanıb.

Turun digər görüşləri sabah keçiriləcək. Mövsümə bir xalla başlayan “Qarabağ”ın bu turdakı rəqibi “Səbail” olacaq. Son çempion “Neftçi” isə səfərdə “Zirə”nin müqavimətini qırmağa çalışacaq.

Azərbaycan Premyer Liqası, 2-ci tur

21 avqust

Qəbələ – Keşlə 2:1
Qol: Y.Akakpo, 11. R.Utriq, 30 – A.Abanq, 76.
Qırmızı vərəqə: Ş.Əliyev, 90+4.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu, 18:00


Sumqayıt – Sabah 2:0
Qol: Ə.Qurbani, 32. T.Mütəllimov, 78.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sumqayıt şəhər stadionu, 20:00







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı