8 avqust 2026. Şənbə

Rəqibin səhvini gözlədik - Rəşad Sadıqov


Rəqibin səhvini gözlədik - Rəşad Sadıqov

"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, 39 yaşlı mütəxəssis, doğma meydanda 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:

“Maraqlı oyun oldu. Xüsusilə, ikinci hissə yaxşı alındı. Hava şəraiti ilk yarıda tempə təsir edirdi. Oyun bizim üçün pis getmirdi. Rəqibin səhvini gözləyirdik. Oyunu bərabərləşdirdiyimiz anda o cür qol buraxmağımız komandaya pis təsir etdi. Ancaq oyundan qopmadıq. Əks-hücumdan qol buraxdıq. Bununla belə, mübarizə apardıq. Hesab arasındakı fərqi azaltsaq da, məğlubiyyətdən qaçmaq üçün vaxt yetmədi. “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm”.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı