19 mart 2026. Cümə axşamı

Rəşad Sadıqov məni öz layihəsi ilə tanış etdi


Rəşad Sadıqov məni öz layihəsi ilə tanış etdi

"Transfer pəncərəsi zamanı heç bir qapını bağlamadım. Belçikada əlaqələrim var, amma çox azdır. İyunadək Rumıniyada müqavilə imzalamalı idim. Son anda təyyarəyə minməkdən imtina etdim".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Zirə"nin yeni transferi Loris Broqno "Dhnet" nəşrinə açıqlamasında deyib.

29 yaşlı futbolçu Avropa çempionatı zamanı transfer bazarında aktivliyin olmadığını bildirib: "Həqiqətən iyulun ortalarına qədər sakitlik idi. Daha sonra təkliflərim olsa da, səbrli davrandım. Özüm, həyat yoldaşım və iki övladım üçün doğru olanı seçmək istəyirdim".

Belçikalı oyunçu "Zirə"yə keçidində Sadıqovun təsiri olduğu sözlərini əlavə edib: "Mənimlə maraqlananlar arasında bu klub da var idi. İlk danışığım baş məşqçi Rəşad Sadıqovla gerçəkləşib. O, məni fəlsəfəsi və layihəsi ilə tanış etdi. İngilis dilini bilmədiyi üçün bunu tərcüməçi vasitəsi ilə reallaşdırdı. Əslində, Sadıqov Azərbaycan futbolunun ulduzudur. Onu yaxşı tanıyırlar və hörmət edirlər".

Qeyd edək ki, "Zirə" Loris Broqno ilə 2 illik müqavilə imzalayıb.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi