5 noyabr 2026. Cümə axşamı

Sumqayıt'dan yeni rekord


Sumqayıt'dan yeni rekord

“Sumqayıt” klubu tarixinin Premyer Liqadakı ən uğurlu startına imza atıb.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ilk turda “Keşlə”ni 2:0 hesabı ilə məğlub edən Ayxan Abbasovun baş məşqçi olduğu komanda bu dəfə “Sabah”la oyunda da eyni nəticə ilə qalib gəlib.

Premyer Liqada 2011-ci ildə debüt edən “gənclik şəhəri” təmsilçisi əvvəlki 10 mövsümdə yalnız bir dəfə ilk iki oyunda 6 xal toplayıb. 2014/15 mövsümündə sumqayıtlılar “Qarabağ” (+:-) və “Xəzər Lənkəran”la (1:0) görüşlərdən sonra indiki kimi eyni xal və top fərqinə malik olub. Həmin rekord təkrarlansa da, 7 il öncə qarşılaşmalardan birində texniki nəticə qeydə alınıb.

Qeyd edək ki, son 5 mövsümün startında “Sumqayıt” eyni nəticəyə imza atıb. Komanda ilk iki oyundan birində qalib gəlib, digərində uduzub.







Misli Premyer liqa