7 avqust 2026. Cümə

Azarkeşlərin dəstəyi bizi daha böyük uğurlara aparacaq


Azarkeşlərin dəstəyi bizi daha böyük uğurlara aparacaq

“Səbail”in yeni hücumçusu Nikolas Raysel iki il sonra “ASCO Arena”da azarkeşlərin iştirakı ilə keçiriləcək ilk matç barədə fikirlərini açıqlayıb.

Corner.az xəbər verir ki, 28 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Azərbaycan Premyer Liqasını artıq bilirəm. “Qəbələ”nin heyətində “Səbail”ə qarşı oyunlar keçirmişəm. Ötən mövsüm “Səbail” maraqlı oyun nümayiş etdirdi. Sadəcə, bir çox hallarda bəxti gətirmədi. Lakin indi çox şadam ki, bu mövsüm “Səbail”in uğurları üçün çalışacağam.

Biz artıq azarkeşləri stadionlarda görəcəyimiz üçün çox sevincliyik. “Səbail” hazırda güclü komanda formalaşdırıb və formalaşdırmaqda da davam edir. Azakeşlərin dəstəyi isə komandaya həmişə lazımdır. Sözsüz ki, onların dəstəyi bizi daha böyük uğurlara aparacaq”.

Qeyd edək ki, sentyabrın 12-də “ASCO Arena”da baş tutacaq “Səbail” – “Sumqayıt” qarşılaşmasına saat 18:00-da start veriləcək.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı