19 mart 2026. Cümə axşamı

Düzdür, məğlubiyyətlər kiməsə xoş deyil, ancaq ...


Düzdür, məğlubiyyətlər kiməsə xoş deyil, ancaq ...
"Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:
 
- Danışılası çox şey yoxdur. Məğlub olduq, buraxdığımız uşaq səhvi qolla nəticələndi. Nəticəni dəyişmək istədik, alınmadı. Rəqibi təbrik edirik.
 
- Sanki komandada istəksizlik var. Sizə də belə gəlmirmi? 
- Elə deməzdim. 3-cü turdayıq və məğlubiyyətlər komandada özünəinamsızlıq yaradır. 3 oyunda qol vurmamağımız bu inamsızlığı daha da artırır. Kənardan istəksiz olduğumuz görünə bilər, amma elə deyil. Sadəcə, artıq futbolçularda özünəinam azalır.
 
- Bu vəziyyətdən çıxış planınız var?
- Çıxış yolu olmalıdır. Yenə deyəcəm ki, bir balaca vaxt lazımdır. Hücumları dəyərləndirə bilmirik. Çıxış yolu olmalıdır və oyunlara baxıb təhlil edəcəyik.
 
- Komandada narahatlıq olduğu deyilir. Bu haqda nə deyə bilərsiz? 
- Komanda daxilində hər şey yaxşıdır. Düzdür, məğlubiyyətlər kiməsə xoş deyil, ancaq ətrafda olan söz-söhbərlərdən xəbərim yoxdur. Komandanın daxilində hər şey qaydasındadır.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi