19 mart 2026. Cümə axşamı

O, ən ağır cəzanı alacaq - Sənan Qurbanov


O, ən ağır cəzanı alacaq - Sənan Qurbanov

"Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunla fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:

“Oyuna fərqli hazırlaşmışdıq. Amma qırmızı vərəqədən sonna işimiz çətinləşdi. Müdafiə olunmalıydıq. Futbolçular xeyli güc itirdilər. Sonda standart vəziyyətdən qol buraxdıq.

Oyunla bağlı danışılası çox şey yoxdur. Üç oyundur uduzuruq, üzgünük. Psixoloji gərginliyi üstümüzdən ata bilmirik. Futbolçular məşqdə daha yaxşıdırlar. Amma oyunlarda gərginlik görünür.

Şəhriyar Əliyevin epizodunda hakimin səhvi var idi. Anatoli Abanqa göstərilən qırmızı vərəqə isə haqlı idi. O, ən ağır cəzanı alacaq. Əvəzedici komandaya göndəriləcək, AFFA İntizam Komitəsinin cəriməsini özü ödəyəcək. Biz özümüz də ona cəza verəcəyik. Çünki matçın əvvəlində qırmızı vərəqə almaq yolverilməzdir. Oyun epizodu olsaydı, hardasa başa düşmək olardı”.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi