24 iyun 2026. Çərşənbə

Layiqli qələbə qazandığımızı düşünürəm - Aftandil Hacıyev


Layiqli qələbə qazandığımızı düşünürəm - Aftandil Hacıyev
"Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:
 
“Millilərin oyunlarına görə çempionatda üç həftə idi fasilə yaranmışdı. Bu fasilənin hansı komandaya müsbət, hansına mənfi təsir göstərməsi maraqlı idi. Biz bu oyuna itkilərlə çıxmışdıq. Əsasən də müdafiədə ciddi problemlərimiz var idi. Camal Araqo fasilə dönəmində zədələndiyi üçün oynamırdı. Yurgen Qoxa da ağrıları olduğu halda meydana çıxmışdı. Cabir Əmirli də dünən özünü pis hiss etdiyi üçün məşq etməmişdi. Amma futbolçular planlaşdırdıqlarımızı bu gün meydanda göstərə bildilər. Yaxşı oyun oldu. Ayxan Abbasov yaxşı komanda yaradıb. “Sumqayıt”a asanlıqla qalib gəlmək mümkün deyil. Lakin layiqli qələbə qazandığımızı düşünürəm. Gələcəkdə oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq. Xüsusilə müdafiə planında. Bu qələbəyə görə sevinməyə çox vaxtımız yoxdur. Çünki altı gün sonra “Qəbələ” ilə səfər oyunumuz var. “Qəbələ” də ötən gün sərgilədiyi oyunla göstərdi ki, avrokuboklara vəsiqə qazanmağa iddialıdır. Bu oyunu unudub, növbəti matça köklənməliyik”.






Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer