24 iyun 2026. Çərşənbə

Keşlə legionerini əsas komandadan kənarlaşdırdı


Keşlə legionerini əsas komandadan kənarlaşdırdı

"Keşlə" klubu "Zirə"yə qarşı Azərbaycan Premyer Liqasının III tur oyununda qırmızı vərəqə alaraq meydandan qovulan futbolçusu Anatol Abanqı cəzalandırıb.

Corner.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov məlumat verib.

41 yaşlı mütəxəssisin sözlərinə görə, kamerunlu hücumçu əvəzedici komandaya göndərilib: "Artıq ikinci komanda ilə məşq edir. Klub ona pul cəriməsi də kəsəcək. Həmçinin AFFA-nın verəcəyi cərimə məbləğini də özü ödəyəcək. Abanqdan çox şey göləyirdik. Hər şeyi alt-üst etdi. Meydanda olduğu müddətdə deyilənlərin tam əksini etdi. Sonra qırmızı vərəqə aldı və komandanı stresə saldı".

Qurbanov 25 yaşlı forvardın hələlik komandadan göndərilmək ehtimalının olmadığını bildirib: "Qışadək müqaviləsi var. Yəqin ki, sözləşmə müddətinin sonunadək qalacaq. Şərtlərə əməl etməliyik. Hələ ona "get" deyən olmayıb".

Qeyd edək ki, Anatol Abanq "Keşlə"nin evdə "Zirə"yə 0:2 hesabı ilə uduzduğu matçın 28-ci dəqiqəsində qonaqların müdafiəçisi Nemanya Ancelkoviçin qarın nahiyyəsinə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.(report)







Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer