3 may 2026. Bazar günü

Qarabağ'ın legioneri Premyer Liqada yubiley matçını keçirib


Qarabağ'ın legioneri Premyer Liqada yubiley matçını keçirib

“Qarabağ”ın futbolçusu Filip Ozobiç Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.

Corner.az PFL-in saytına istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçinin yubileyi III turun “Neftçi” ilə səfər matçına (2:1) təsadüf edib.

2016-cı ildən Azərbaycan çempionatında çıxış edən 30 yaşlı futbolçu iki klubun formasını geyinib. O, 2016-2018-ci illərdə “Qəbələ”də 46, 2018-21-ci illərdə “Qarabağ”da 54 görüşdə iştirak edib. Filip Premyer Liqadakı 100 qarşılaşmada 38 qol vurub. Bunlardan 16-sı Qəbələ, 22-si Ağdam klubunun heyətində qeydə alınıb.

Qeyd edək ki, Filip Premyer Liqada ilk oyununu 2016-cı il avqustun 8-də “Qəbələ”nin heyətində “Kəpəz”ə (2:0) qarşı keçirib.







Misli Premyer liqa

“Qarabağ” “700”ə çatdı
  • Misli Premyer liqa
  • 11:39 28.04.2026
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
  • Misli Premyer liqa
  • 11:27 28.04.2026
Səfərdə 50-ci sülh