26 oktyabr 2024. Şənbə

Niyə də çempion olmayaq? – Kəpəz'in kapitanı


Niyə də çempion olmayaq? – Kəpəz'in kapitanı

“Çempionata yaxşı hazırlaşmışıq, məşqçilərin verdiyi tapşırıqların öhdəsindən gəlmişik. Fiziki hazırlığımız yerindədir, son çalışmalarda taktiki-texniki məşqlərə üstünlük vermişik”.

Corner.az xəbər verir ki, bu sözləri “Kəpəz”in kapitanı Əli Səmədov “sarı-göylər”in hazırlıq proses haqda danışarkən deyib. Yarımmüdafiəçi bildirib ki, heyət güclənib, rəqabət artıb. Bu isə komandanın xeyrinədir:

“Heç kim bəri başdan əsas heyətdə yer alacağını deyə bilməz. Çünki böyük rəqabət var. Hamı əlindən gələnin ən yaxşısını etməyə çalışır ki, diqqəti cəlb etsin. Təcrübəli oyunçular kollektivə qoşulub. Komandaya kömək etmək üçün çox çalışırlar. Məncə, onların “Kəpəz”ə çox xeyri dəyəcək”.

Kapitan, klub rəhbərliyinin komandanın qarşısında yüksək hədəflər qoyduğunu da əlavə edib:

“Niyə də çempion olmayaq? Düşünürəm ki, bu məqsədə çata bilərik. Hamımızın niyyəti çempionluqdur. Hər şey öz oyunumuzdan və çempionatın gedişindən asılı olacaq. Çempion olmasaq belə, ilk 3-lükdə yer almaq da pis nəticə sayılmaz. Amma bizim hədəfimiz var və ona çatmaq üçün əlimizdən nə gəlirsə, edəcəyik”.

Əli Səmədov azarkeşlərə də səslənib:

“Azarkeşlər həmişə, pis və yaxşı günlərdə bizi dəstəkləyiblər. Xahiş edirəm ki, bu mövsüm də çalışdıqları qədər stadiondan komandaya dəstək olsunlar. Çünki birlikdə daha güclü olacağıq”.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir