26 oktyabr 2024. Şənbə

Baş məşqçimizlə dava edə bilmərəm - Keşlə'nin hücumçusu


Baş məşqçimizlə dava edə bilmərəm - Keşlə'nin hücumçusu

"Qırmızı vərəqə alaraq komandamı pis vəziyyətdə qoyduğum üçün çox məyusam".

Corner.az xəbər verir ki, bunu  "Keşlə"nin futbolçusu Anatol Abanq "Zirə"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur oyununda meydandan qovulması ilə bağlı danışarkən deyib.

Kamerunlu hücumçu matçın baş hakimi Əliyar Ağayevin həmin epizodda sərt qərar qəbul etdiyini söyləyib: "Düzdür, rəqibə toxunuş var idi. Amma məqsədim bilərəkdən onu vurmaq deyildi. Sadəcə, bütün diqqətim topda olduğundan, rəqibi qabaqlamaq istəyirdim. Açığı, qərarın doğru və ya yanlış olduğunu deyə bilmərəm. Çünki hakim deyiləm. Amma referi olsaydım, həmin epizodda sarı vərəqə ilə kifayətlənib, qaydanı pozan futbolçuya bir daha bu hərəkəti təkrarlamamaqla bağlı xəbərdarlıq edərdim. Fikrimcə, qırmızı vərəqə göstərməmək olardı. İlk hissənin ortaları idi. Oynamaq, komandama kömək etmək istəyirdim".

İntizamsızlığa görə əvəzedici komandaya göndərilən 25 yaşlı forvard klubunun onu 3 000 manat məbləğində cərimələməsi ilə bağlı xəbərə münasibət bildirib. Afrikalı oyunçu bunun həqiqət olmadığını vurğulayıb: "Yəqin ki, zarafatdır (gülür - E.S.). Düzdür, klub məni cərimələyib. Məbləği açıqlaya bilmərəm, amma mətbuatda yazılan qədər deyil".

Abanq klubun verdiyi istənilən qərara, həmçinin baş məşqçi Sənan Qurbanovun fikirlərinə hörmətlə yanaşdığını deyib: "Mən futbolçuyam, baş məşqçi ilə dava edə, ona nəsə deyə bilmərəm. Futbolu, topu sevirəm. Sabah desələr ki, akademiyada oynamalısan, gedib oynayaram".

Ötən gün "Keşlə-2"nin heyətində "Zaqatala"ya 5:1 hesabı ilə qalib gəldikləri I Divizionun ilk tur oyununda het-trik edən Abanq ruhdan düşməyəcəyini deyib: "İkinci komandada da əlimdən gələni edəcək, çox çalışacağam. Dünən 3 qol vurduğum üçün xoşbəxtəm. Bu sualı tez-tez eşidirəm ki, Abanq niyə əsas komandada fərqlənə bilmir. Bilirsiniz, komanda yoldaşlarıma deyə bilmərəm ki, niyə mənə ötürmə vermirsiniz? Mən hücumçuyam, top gəlməlidir ki, qol vurum. Çünki mənim işim rəqib qapısına yol tapmaqdır. Əvəzedici komandada niyə 3 qol vurdum? Ona görə ki, futbolçular məni başa düşürlər. Gənclərlə oynamağı sevirəm".

Hücumçunun sözlərinə görə, futbolu bir nəfər oynamır: "Meydana 11 oyunçu çıxır. Futbol komanda oyunudur və çox çətindir. Düzdür, sən baha qiymətə futbolçu alarsan. Amma həm də onu top-səviyyəyə çatdırmalısan. Bunu isə yalnız komanda şəklində etmək mümkündür. Mən təkbaşına heç nə edə bilmərəm".

İyulda azərbaycanlı xanımla ailə həyatı quran Abanq gələcəkdə də Azərbaycanda yaşamaq istəyini gizlətməyib: "Evləndikdən sonra həyatım gözəlləşib. Artıq bəzi mənfi vərdişlərimi tərgitmişəm. Sağlam düşünə bilirəm. Bütün diqqətimi xanımıma, dostlarıma, oyunuma yönəltmişəm. Qollar vurmaq, yaxşı pul qazanıb ailəmi hər şeylə təmin etmək istəyirəm. Bakıda bir çox xalqların nümayəndələri yaşayır. Xanımım azərbaycanlıdırsa, deməli, bura mənim də vətəinmdir. İşlərim alınsa, Azərbaycanda qalmaq istərdim. Burada öz biznesimi yaratmaq niyyətim var. Xanımımla birlikdə bir neçə mağaza açmaq istəyirəm".

Qeyd edək ki, Anatol Abanq "Keşlə"də 2020-ci ilin dekabrından çıxış edir. O, ötən tur "Zirə" ilə matçın 28-ci dəqiqəsində rəqibin müdafiəçisi Nemanya Ancelkoviçə dirsəyi ilə zərbə endirdiyi üçün meydandan qovulub.(report)







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir