8 avqust 2026. Şənbə

Çin klubunun mənə böyük məbləğdə borcu var


Çin klubunun mənə böyük məbləğdə borcu var

"Çinin "Nantonq Jiun" klubunun mənə 3 aylıq maaş borcu var. Rəqəmi deməyəcəyəm, amma kifayət qədər böyük məbləğdir".

Corner.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin hücumçusu Anatol Abanq Çinin "Nantonq Jiun" klubunun onu İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etməsi barədə danışarkən deyib.

Kamerunlu hücumçu bildirib ki, CAS mübahisəli məsələni bu ayın sonunda müzakirəyə çıxaracaq: "Çin klubu müqavilə şərtlərini yerinə yetirmirdi. Orada həm məvacib, həm də mənzillə bağlı problem var idi. Klub mənimlə müqaviləni pozduqdan sonra agentimlə məsləhətləşib FIFA-ya müraciət etdim. Ali futbol qurumu şikayətimi təmin etdikdən sonra bu dəfə qarşı tərəf CAS-a üz tutdu. İnanıram ki, məhkəməni mən udacağam".

Qeyd edək ki, Anatol Abanq "Keşlə"də 2020-ci ilin dekabrından çıxış edir. O, "Nantonq Jiun" klubunun formasını 2019-cu ildə geyinib. CAS-da dinləmələr sentyabrın 30-da olacaq.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı