19 avqust 2026. Çərşənbə

Aqolli Qarabağ'la vidalaşır


Aqolli Qarabağ'la vidalaşır

 Ansi Aqolli Qarabağ'dan ayrılır.

Corner.az xəbər verir ki, albaniyalı müdafiəçi Azərbaycan Premyer Liqasının martın 15-də Səbail'lə oyundan sonra komanda ilə vidalaşacaq. Aqolli Azərbaycandan ailəsinin yaşadığı ABŞ-a gedəcək. Bu barədə “Xəzər” TV-nin aparıcısı Ceyhun Rzayev sosial şəbəkə hesabından yazıb: “Azərbaycanda iz qoymuş əcnəbi futbolçuların başında gəlir. Ana dili albancadan başqa, Azərbaycan, rus, ingilis və italyan dillərini də bilir. Yad ölkədə və eyni klubda 9 il oynamaq zarafat deyil. ABŞ-da bir mövsüm keçirdikdən sonra karyerasını bitirəcək. Futboldan kənarlaşmayacaq; məşqçi, menecer və ya funksioner kimi işləyəcəyinə qərar verməyib. “Səbail”lə matçdan sonra Azərbaycandan ayrılıb həyat yoldaşı və övladının yanına – ABŞ-a yollanacaq. “Greencard” udub və birdəfəlik Amerikada məskunlaşacaq”.

Qeyd edək ki, Aqolli 2010-cu ildən Qarabağ'da çıxış edir.







Misli Premyer liqa

“Sumqayıt”ın futbolçusu əməliyyat olunub
  • Misli Premyer liqa
  • 14:17 17.08.2026
“Sumqayıt”ın futbolçusu əməliyyat olunub
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi