7 avqust 2026. Cümə

Qəbələ'nin Niderland klubu ilə oyununun hakimləri açıqlanıb


Qəbələ'nin Niderland klubu ilə oyununun hakimləri açıqlanıb

UEFA Gənclər Liqasının I mərhələsinin "Qəbələ" və AZ (Niderland) komandaları arasında keçiriləcək ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Corner.az-ın məlumatına görə, görüş ukraynalı baş hakim Viktor Kopliyevskiyə həvalə olunub. Ona həmyerliləri Vitali Skoblya və Vladimir Korotin köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 29-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Bu cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı