19 mart 2026. Cümə axşamı

Bu gün 10-11 xalımız ola bilərdi - Rəşad Sadıqov


Bu gün 10-11 xalımız ola bilərdi - Rəşad Sadıqov

"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında görüşü belə şərh edib:

“Futbolçularımı göstərikləri oyuna görə təbrik edirəm, alınlarından öpürəm. “Sabah”a qol imkanı vermirdik. Rəqib hesabda geridə idi, böyük qüvvə ilə irəli atılmışdı. Bu da gözlənilən idi. 55-60-cı dəqiqəyə qədər oyun tam bizim nəzarətimizdə idi. Daha sonra ağıllı müdafiə olunduq, rəqibi əks-hücumlarda tuturduq. Amma 90 dəqiqə hücumda olmaq olmur. Ümumilikdə oyundan razı qaldm. Bu il keçirdiyimiz ən dinamik, sürətli oyun idi.

Hamımız bilirik ki, Təmkin Xəlilzadə emosional oyunçudur. İkinci sarı vərəqə almaması üçün dərhal emosiyasını boğmağa çalışdım.

Legioner limitinə görə problem yaşamıram. Mən də limitin dəyişdirilməsinin tərəfdarıyam. Amma bunun üçün komanda sayı artırılmalıdır. Mən bunu ilin əvvəlində Məşqçilər Komitəsinə təklif etmişəm. Kollektiv şəkildə müzakirə etmək lazımdır. “Neftçi”, “Qarabağ” kimi komandalar təklif irəli sürürsə, bu, mütləq müzakirəyə çıxmalıdır. Çünki bu komandalar ölkə futbolunun yükünü çiynində daşıyırlar. Amma bu mövsümün əvvəlində olmalıdır. Çünki heyəti bu limitə görə qurmuşuq. Limitin ləğv olunmasının milliyə zərəri olduğunu düşünmürəm. Bu məsələni nəzərdən keçirmək olar.

Hakim səhvlərindən danışmaq ən xoşlamadığım şeydir. Amma elə epizdlar olur ki, nəticəyə təsir edir. Bu gün 10-11 xalımız ola bilərdi. Künc zərbəsi zamanı oyunçu ilə toqquşma zamanı top Mehdi Cənnətovun əlində idi. Aydın görünür ki, rəqib onu itələyib. Məyus olmamaq mümkün deyil”.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi