24 iyun 2026. Çərşənbə

Neftçi'nin legioneri Premyer Liqanın tarixinə düşdü


Neftçi'nin legioneri Premyer Liqanın tarixinə düşdü

Sezar Meza Kolli “Neftçi”nin heyətində Premyer Liqada ilk qolunu vurub.

Corner.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, paraqvaylı futbolçu IV turun “Keşlə” ilə görüşündə (3:0) fərqlənib. O, çempionatda 3-cü klubda qol sevinci yaşayıb. Meza Kolli bunadək “Keşlə” və “Zirə”də də rəqib qapısına yol tapıb.

O, Premyer Liqa tarixində 3 və ya daha çox klubda qol vuran 10-cu cənubi amerikalı olub. Bu göstəricidə rekord Leonardo Roşaya məxsusdur. Braziliyalı 4 klubda – “Standard”, “Keşlə”, “Bakı” və “Qarabağ”da qol vurub.

Braziliyalılar Denis Silva, Junivan Suares, Junior Osvaldo, Junior Nildo, Mario Souza, onların Azərbaycan millisində oynamış həmyerliləri Fabio Luis Ramim, Leandro Qomeş, həmçinin uruqvaylı Anxel Qutyerres də Sezar kimi üç müxtəlif klubun heyətində qol sevinci yaşayıb.







Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer