8 avqust 2026. Şənbə

Övladlarım Azərbaycan himnini televiziya və bağçadan öyrəniblər


Övladlarım Azərbaycan himnini televiziya və bağçadan öyrəniblər

"Onlar himn oxumağı evdə - ötən mövsüm mənim “Neftçi”dəki oyunumu televizordan izləyəndə öyrəniblər. Hər dəfə baxdıqca öyrənirdilər".

Corner.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Voislav Stankoviç övladlarının Azərbaycanın Dövlət Himnini əzbər səsləndirdikləri video barədə klubun rəsmi televiziyasına danışarkən deyib.

Bu gün 34 yaşı tamam olan serbiyalı müdafiəçi hər iki oğluna bağçada da himn oxumağın öyrədildiyini bildirib: "Mən və həyat yoldaşım övladlarımıza deyirdik ki, bu, Azərbaycanın himnidir və Serbiyanın himni kimi bunu da bilmək, bu ölkəyə hörmət etmək lazımdır. Axı mən burada işləyirəm və bu ölkə bizə doğmadır. Bundan başqa, onlara himn oxumağı bağçada da öyrədirlər. Elə olur ki, onlar bizdən himni qoşmağımızı istəyir və oxumağa başlayırlar".

Qeyd edək ki, Voislav Stankoviç Azərbaycanda 2015-ci ildən çıxış edir. O, "Neftçi"dən əvvəl "İnter" (hazırkı "Keşlə") və "Qəbələ"nin də formasını geyinib.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı