7 avqust 2026. Cümə

Qarabağ'ın legioneri Barselonada əməliyyat olunacaq


Qarabağ'ın legioneri Barselonada əməliyyat olunacaq

"Qarabağ"ın zədəli futbolçusu Xayme Romero bu həftə əməliyyat olunacaq.

Corner.az xəbər verir ki, bu barədə Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkəsində olan ispaniyalı yarımmüdafiəçinin əməliyyatı Barselonada baş tutacaq. 31 yaşlı vinger bəzi müayinələrdən keçdikdən sonra cərrahi müdaxilənin dəqiq vaxtı bəlli olacaq.

Abbaszadə bildirib ki, əməliyyat bu gün və ya sabaha nəzərdə tutulub.

Qeyd edək ki, Bakıda İsveçrə "Bazel"inə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk tur oyununda (0:0) zədələnmiş Xayme Romero ən azı 5-6 ay yaşıl meydanlardan kənarda qalacaq.(report)







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı