19 mart 2026. Cümə axşamı

Sanki Türkiyəyə gəlmişəm - Neftçi'nin yeni transferi


Sanki Türkiyəyə gəlmişəm - Neftçi'nin yeni transferi

"Təbii ki, başqa ölkəyə gəlmək - yeni şəhər, yeni komanda, yeni ab-hava deməkdir. Amma bu günədək heç bir sıxıntım olmayıb".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin yeni transferi Tiaqo Bezerra klubun rəsmi televiziyasına müsahibəsində deyib.

34 yaşlı hücumçu Azərbaycan karyerası dil sarıdan da onun üçün çox rahat olduğunu bildirib: "Üstəlik, komandada portuqalca və fransızca danışan futbolçular var. Çox şanslıyam. İlk gəldiyimdən bu günədək problem yaşamamışıq. Belə də davam edəcəyik".

Braziliyalı forvard "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri ilk matçında özünü yaxşı hiss etdiyini söyləyib: "Komanda yaxşı oynadığından, bizə də rahat idi. Təbii ki, bir az zaman lazımdır. Hələ tələsməyə ehtiyac yoxdur. Komandada işlər də yaxşı gedir. Əlbəttə, oynamaq istəyirəm. Amma digər oyunçulara da sayğı göstərmək lazımdır. Daha hazırlıqlı futbolçular var. Mənim zamanım da gələcək. Bunun üçün çox çalışıram. Vaxtı yetişdikdə hazır olacağam".

Türkiyədə müxtəlif klubların fornasını geyinmiş təcrübəli oyunçu Azərbaycanı bu ölkəyə bənzətdiyi sözlərini də əlavə edib: "Sanki Türkiyəyə gəlmişəm. Azərbaycanın dili, insanları, yeməkləri, bir sözlə, hər şeyi çox bənzəyir. Təbii ki, bura irəliləməkdə olan futbolu da daxil edərdim. Türkiyədə isə belə bir gün yetişib. Buna görə də kiçiltməli bir şey yoxdur. VAR da gələcək, digər təşkilati işlər də görüləcək".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının V turunda "Sabah"ın qonağı olacaq. Sentyabrın 26-da oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi