8 avqust 2026. Şənbə

İlk qolumu vurduğum üçün çox şadam - Neftçi'nin legioneri


İlk qolumu vurduğum üçün çox şadam - Neftçi'nin legioneri

"İlk qolumu vurduğum üçün şadam. İnanıram ki, hər şey belə davam edəcək və komandama bacardığım qədər köməklik göstərəcəyəm".

Corner.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Sezar Meza Kolli paytaxt təmsilçisinin heyətində vurduğu ilk qol barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.

 "Keşlə"ni 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 4-cü tur matçında fərqlənən 30 yaşlı futbolçu zədələndiyi üçün fasilədə əvəzlənib. Paraqvaylı oyunçu birinci hissədən sonra arxa əzələsində ağrı hiss etdiyini bildirib: "Məncə bu, yüklənmədən irəli gəlirdi. İndi isə özümü hazır hiss edir və növbəti oyun üçün çalışıram".

Qeyd edək ki, Sezar Meza Kolli "Neftçi"yə cari mövsümün əvvəlində "Keşlə"dən keçib.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı