8 avqust 2026. Şənbə

Premyer Liqa: Gənclərə ən çox şans verən klub bilindi - FOTO


Premyer Liqa: Gənclərə ən çox şans verən klub bilindi - FOTO

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) bu mövsüm 21 yaşadək futbolçulara ən çox şans verən klubların adlarını açıqlayıb.

Corner.az xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqası klublarının da bu göstərici üzrə sıralaması qeyd olunub. Premyer Liqada bu mövsüm gənc futbolçulara ən çox şans verən “Qəbələ” klubudur. Əyalət təmsilçisində 21 yaşadək olan oyunçulara orta hesabla 11,5 faiz şans verilib.

2-ci sırada “Sumqayıt” klubu yer alıb. “Kimyaçılar”da gənclərə 10,8 faiz şans verilib. İlk üçlüyü “Zirə” klubu tamamlayır. Qəsəbə təmsilçisində gənclərə verilən şans 10,5 faizlə göstərilib.

“Neftçi” (10,8 faiz) 4-cü, “Sabah” (10,1) 5-ci, “Qarabağ” (9,1) 6-cı, “Səbail” (9,0) 7-cidir. Premyer Liqada gənclərə ən az şans verən komanda 5,1 faizlə “Keşlə”dir.

Yaş ortalaması ən aşağı olan (25,48) “Qəbələ”dir. “Keşlə” isə 28 yaş ortalamasıyla sonuncudur.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı